İsraildə sutkada 2 minə yaxın yoluxma

  • By admin
  • 29 İyul 2020 22:54

İsraildə son sutka ərzində daha 1 943 nəfərdə koronavirus aşkarlanıb, 5 nəfər vəfat edib.

Gununsesi.info bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə xəstələnənlərin sayı 67 734-ə, virus qurbanlarının sayı isə 491-ə yüksəlib.

Bundan əlavə, indiyədək 32 722 nəfər sağalıb. Ölkədə 34 521 aktiv koronavirus xəstəsi qalmaqdadır ki, onlardan da 328-nin vəziyyəti ağır qiymətləndirilir.

 

 

Gununsesi.info