İstanbul görüşü barədə ilk açıqlama: “Bu, bizim uğurumuzdur”

  • By admin
  • 29 Mart 2022 15:54

lk uğurumuz danışıqlar masasının Belarusdan Türkiyəyə köçməsi oldu. Bu, Ukrayna üçün təhlükəsizlik zəmanətlərindən biridir.

Gununsesi.info xəbər verir ki, bunu Ukrayna və Rusiya nümayəndə heyətlərinin görüşündən sonra hakim “Xalqın xidmətçisi” Partiyasının Ali Radadakı fraksiyasının rəhbəri David Araxamiya deyib.

 

“Biz bilirik ki, dünyanın təhlükəsizlik sisteminə zərbə vurulub. Biz format üzərində işlədik, lakin Ukrayna üçün yeni təhlükəsizlik təminatı sistemi haqqında heç nə imzalanmadı. 3 gün müddətində məsləhətləşmələr aparacağıq. Ukraynanın təhlükəsizlik təminatçısı olaraq BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünü, Türkiyə, Almaniya, Polşa, Kanada, İtaliya və İsraili görmək istəyirik”,-  deyə Ukrayna təmsilçisi İstanbul görüşü barədə açıqlamasında bildirib.

 

Qeyd edək ki, bu gün Rusiya və Ukrayna nümayəndə heyətləri Türkiyədə görüş keçiriblər. Danışıqlar 3 saat davam edib.