İstanbulda təhlükəsizlik idarəsinin binası atəşə tutulub

  • By admin
  • 20 Yanvar 2017 22:03

is

 

stanbulda naməlum şəxslər təhlükəsizlik idarəsinin binasını qumbaraatandan atəşə tutub.

APA-nın DHA-ya istinadən verdiyi xəbərə görə, insident Vətən prospektində qeydə alınıb.

İlkin məlumata görə, hadisə nəticəsində zərərçəkən olmayıb. Hadisə yerinə xeyli sayda polis cəlb edilib. Cinayətkarların tutulması istiqamətində əməliyyat başlayıb.

Gununsesi.info