“Qorbaçovun yanında ən ləyaqətli çıxışı Həsənov edib, ən yaltaq mövqedə isə Mütəllibov olub” - VAQİF HACIBƏYLİ - FOTOLAR - YENİLƏNİB

  • By admin
  • 20 Yanvar 2017 22:18

vaqif-5

“20 yanvar ərəfəsində Həsən Həsənov Mərkəzi Komitənin katibləri işərisində xalqın mövqeyini müdafiə edən yeganə adam olub.Mən bunu o dövrdə partiya aparatında işləyən adam kimi kiminsə sözlərindən yox,öz şəxsi müşahidələrimdən dəqiq bilirəm”.

Gununsesi.info xəbər verir ki, bunu “Əhrar” Partiyasının sədri, “Müsavat” başqanı Arif Hacılının qardaşı Vaqif Hacıbəyli “Facebook”-da tanınmış jurnalistlərdən birinin 20 Yanvar hadisələri ilə bağlı statusuna yazılan şəhlərə elə həmin statusda  mövqeini bildirərkən qeyd edib.

O, xatırladıb ki, həmin hadisələr ərəfəsində onun çıxışlarından biri “Azadlıq” qəzetində də yayımlanmışdı. Bunun da yeganə səbəbi həmin dövrdə Həsən Həsənovun sağlam siyasi mövqedə olmasında idi.

“İndi kimlərsə özünü çoxbilmiş kimi göstərmək üçün buna başqa rəng verirsə, düz eləmir. AXC-nin dediyim bu faktdan başqa Həsən Həsənova münasibətdə hər hansı addımı olmayıb.”Azadlıq” qəzetinin o vaxtkı baş redaktoru mərhum Həcəf Nəcəfov isə heç vaxt klanlara işləməyib və ifadələr seçəndə bir az ehtiyatlı olun ki, bu sözlər haradasa ləyaqətli insanların ruhunu incitməsin.

Həsən Həsənovla 1993-cü ilin mayında Vaşinqtonda və Hyu-yorkda səfərdə olduğumuz zaman burada müzakirə edilən məsələlərlə bağlı təfsilatlı söhbət etmişik. Həsən Həsənov ideal deyil, siyasi büqələmunluq, işbazlıq kimi keyfiyyətləri də var. Amma Qorbaçovun yanında olan 4 nəfər 1-ci katibliyə namizədlərdən ən ləyaqətli çıxışı o edib,ən yaltaq mövqedə isə Mütəllibov olub. Bu səbəbdən də Siyasi Büro Mütəllibovun namizədliyi üzərində dayanıb. Bu, Həsənovun versiyasıdı.Həmin görüşdə olan adamların hamısı sağdır və bu təfsilatlar onların özləri ilə də dəqiqləşdirilə bilər. Məncə,qələminə hörmət edən hər bir jurnalist elə belə də etməlidir”-deyə, o, daha sonra qeyd edib.

vaqif-5

 

vaqif hacibeyli

hasan hasanov

Gununsesi.info