İstanbulda terror törədənlərin kimliyi bilindi

  • By admin
  • 30 İyun 2016 14:17

terror

 

İstanbulun Atatürk Hava Limanında partlayış törədən terrorçuların hansı ölkə vətəndaşları olduğu artıq müəyyənləşib. Türkiyə mətbuatına istinadən xəbər verir ki, terrorçulardan biri Rusiya vətəndaşı, ikisinin isə Qırğızıstan və Özbəkistan vətəndaşları olduğu dəqiqləşdirilib.

Xatırladaq ki, iyunun 28-də aeroportda törədilən partlayış nəticəsində 42 nəfər ölüb, 239 nəfər isə yaralanıb. İstanbulda bu gün keçirilən xüsusi əməliyyat zamanı terror hadisəsiylə əlaqəsi olan 13 nəfər saxlanılıb. Onlardan 3-ü əcnəbidir.

Gülnaz Qənbərli