İstanbuldan Bakıya “beşbarmaq”la gəldi - HAVA LİMANINDA SAXLANILDI

  • Müəllif: admin
  • 21 Oktyabr 2017 11:24
59eaf78d2a455_besbarmaq
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşına məxsus baqaja rentgen aparatı ilə baxış zamanı monitorda “beşbarmağ”ın təsvirləri görünüb.
Dövlət Gömrük Komitəsindən Gununsesi.info-a verilən məlumata görə, bu səbəbdən baqaj təkrar yoxlanılıb. Nəticədə, baqajın içərisindəki şəxsi əşyaların arasında 2 ədəd “beşbarmaq” aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info