İsveçdə terror aktı törətməkdə şübhəli bilinən şəxsin - ŞƏKLİ

  • Müəllif: admin
  • 07 Aprel 2017 21:25

stokholm terror

İsveçin paytaxtı Stokholmda terror aktını törətməkdə şübhəli bilinən şəxsin şəkli ictimaiyyətə təqdim olunub.

Gununsesi.info xəbər verir ki, İsveç polisinin baş komissarı Dan Eliasson şübhəli şəxsin şəklini mətbuat konfransında təqdim edib.

O, şəkildəki naməlum şəxsin axtarışa verildiyini deyərək ictimaiyyət nümayəndələrini onun tapılmasında asayiş keşikçilərinə kömək etməyi xahiş edib.

Qeyd edək ki, bu gün Stokholmda bir nəfər yük maşınını insanların üstünə sürüb. Nəticədə 3 nəfər ölüb.

Gununsesi.info