İtən gəminin axtarışları davam etdirilir - GÖYƏRTƏSİNDƏ AZƏRBAYCANLI DA OLUB

  • Müəllif: admin
  • 26 Yanvar 2018 09:30

Yapon dənizində itən “Vostok” gəmisinin axtarışlarına Be-200 təyyarəsi və Mi-8 vertolyoyu cəlb edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya FHN-in Uzaq Şərq bplgəsi üzrə xilas-axtarış qrupunun təmsilçisi deyib.

Xatırkadaq ki, gəminin göyərtəsində olan azərbaycanlıların adları açıqlanıb.

Onlar 1972-ci il təvəllüdlü Mübariz Hüseynov və 1991-ci il təvəllüdlü Ruslan Əlizadədir.

“Vostok” gəmisi Koreya Respublikasının Donqhe limanından Saxalin vilayətinin Holmsk limanına hərəkət edirmiş. Gəminin göyərtəsində 21 nəfər olub. Yanvarın 24-ü gecə qəza siqnalından sonra gəmi ilə əlaqə kəsilib.

Gununsesi.info