İtaliyada 24 saatda 683 nəfər öldü – Ölkə yas içindədir

  • By admin
  • 26 Mart 2020 14:48

İtaliyada sutka ərzində yeni növ koronavirusdan (COVİD-19) 683 nəfər ölüb.

Gununsesi.org-un Trend-ə istinadən verdiyi məlumata görə, bunu İtaliyanın Mülki Müdafiə Departamentinin rəsmi nümayəndəsi deyib.

Rəsmi nümayəndə bildirib: “Bu gün biz 683 xəstənin ölümünü qeydə almışıq. Ölənlərin ümumi sayı 7503 nəfər təşkil edir. (Hazırda – red.) koronavirus xəstələrinin sayı 57521 nəfərdir. Son sutka ərzində 1036 xəstə sağalıb, ümumilikdə sağalanların sayı 9362 nəfərdir”.

Gununsesi.org