İtaliyada koronavirusdan 21 nəfər öldü, 821 şəxs isə ölüm virusuna yoluxub

  • By admin
  • 29 Fevral 2020 11:32

İtaliyada yeni növ koronavirusa daha 200 yoluxma halı qeydə alınıb.

Gununsesi.org xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Xidmətinin rəhbəri Ancelo Borrelli bildirib.

Onun sözlərinə görə, hazırda İtaliyada 821 virus daşıyıcısı var, daha 46 nəfər sağalıb. Ölənlərin sayı isə 21 nəfərdir. Yoluxanların yarısı simptomların olmaması və xəstəliyin yüngül formada müşahidə edilməsi səbəbindən ev şəraitində karantinə alınıb.

Borrelli bildirib ki, fevralın 28-də ölkədə 3 nəfər bu virusun qurbanına çevrilib, onların hamısı 75 yaşdan yuxarı şəxslərdir.

Gununsesi.org