İtaliyada mart ayından bəri ən aşağı ölüm hadisəsi qeydə alınıb

  • By admin
  • 22 İyun 2020 21:37

İtaliyada son sutka ərzində koronavirusdan 23 nəfər ölüb. 

Gununsesi.org-un ANSA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Mülki Müdafiə Departamenti məlumat yayıb.

Bildirilib ki, bu rəqəm mart ayının əvvəlindən bu günə olan ən aşağı göstəricidir.

İtaliyada ölənlərin ümumi sayı 34 657 nəfərə çatıb.

Son 24 saat ərzində 218 yeni yoluxma hadisəsi qeydə alınıb.

 

 

Gununsesi.org