AŞPA üzvü rüşvət ittihamları barədə -İNANMIRAM

  • By admin
  • 28 İyun 2016 12:05

Sahiba Gafarova

 

HTML tutorial

“İtaliyalı parlamentarilərə rüşvət verilməsi faktını absurd hesab edirəm”. Bu haqda Gununsesi.info-ya Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafaraova bildirib. O, açıqlamasında  Azərbaycanlı parlamentarilərin AŞPA-da “Azərbaycanda 85 siyasi məhbus”la bağlı hesabatın müzakirəsi zamanı Azərbaycanın xeyrinə səs verməsi məqsədi ilə italiyalı parlamentarilərə rüşvət verilməsi fikrini də rədd edib: “Mənim belə bir məqalədən xəbərim yoxdur. Sadəcə, məsələ ilə bağlı onu deyə bilərəm ki, belə bir şey ola bilməz. Bu deyilənlər cəfəngiyyatdan başqa bir şey deyil”, – deyə o bildirib.

Qeyd edək ki, rüşvət haqda xəbəri “Azadlıq.info” İtaliyann “İl Fatto” mətbu orqanına istinadən yayıb. Xəbərdə deyilir ki, italyan parlementariləri 2 milyon 390 min avro rüşvət alaraq, AŞPA-da Azərbaycan xeyrinə səs veriblər.

Xatırladaq ki, 2013- cü il, yanvarın 23-də Avropa Şurasının Parlament Assambleyası Almaniyadan olan deputat Ştrasserin “Azərbaycanda 85 siyasi məhbus”la bağlı hesabatını 79 lehinə, 128 əleyhinə səslə qəbul etməmişdi. Prokurorların ittihamına görə, bu qərar o zamanlar İtaliya deputat heyətinin nümayəndəsi kimi Parlament Assambleyasının sədr müavini olan Luka Volontenin “xarici dövlətin siyasi maraqlarını qorumaq” məqsədilə 2 milyon 390 min avro rüşvət alması hesabına təmin edilib. Bundan əlavə, prokurorların ittihamında deyilir ki, bu rüşvət Azərbaycandakı “Baktelekom” MMC adlı telekommunikasiya şirkətinin kassasından mədaxil edilib. Pul köçürmələrində Britaniyanın Polux Management LP və Estoniyanın Danske Bankı iştirak edib. Luka Volonteyə pulların təhvil verilməsində Azərbaycandan olan deputat Elxan Süleymanov və onun Müslüm Məmmədov kimi həmkarları vasitəçilik ediblər.