Ziyafət Əsgərov erməni işğalından DANIŞDI:  - "addımlar atılmır"

  • By admin
  • 09 İyun 2018 10:01
“Ermənistanın təcavüzü nəticəsində torpaqlarımız işğal edilib. Azərbaycan uzun illərdir ki, beynəlxalq təşkilatlara çağırış edərək ədalətli qərarların qəbul olunmasını istəyir. Lakin hələ də lazımi addımlar atılmır”.
Gununsesi.info report-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov Bakıda keçirilən Avropada Mühafizəkarlar va İslahatçılar Alyansının sammitində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, araşdırmalar beynəlxalq münasibətlər çərçivəsində parlamentlərin çoxfunksiyalı fəaliyyətinin güclənməsinin universal xarakter daşıdığını göstərir: “Deputatlarımız beynəlxalq təşkilatların tədbirlərində həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mümkün olan hər şeyi edir”.