Jak Şirakın adı əbədiləşdiriləcək

  • By admin
  • 06 Oktyabr 2019 15:58

Fransanın keçmiş prezidenti Jak Şirakın adı əbədiləşdiriləcək.

Gununsesi.org-un “Montagne”yə istinadən bildirir ki, bu barədə Sent-Fereol kommunasının meri Anri Sulye məlumat verib.

Onun sözlərinə görə, kommunada yerləşən meydanın ölkənin keçmiş prezidenti Jak Şirakın şərəfinə adlandırmaq qərarına gəlinib.

Qeyd edək ki, J.Şirak sentyabrın 26-da 86 yaşında vəfat edib. O, Parisdə Monparnas qəbiristanlığında dəfn olunub. Siyasətçi 1995-2007-ci illərdə Fransaya rəhbərlik edib.

 

 

Gununsesi.org