Jirinovskinin ölüm xəbərini yayan senator istefaya ÇAĞIRILDI

  • By admin
  • 25 Mart 2022 13:57

“Mən yalan məlumatların yayılmasında iştirak edən senatora istefa verməyi tövsiyə edirəm”.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Dövlət Dumasının spikeri Vyaçeslav Volodin senator Aleksandr Pronyuşkin Rusiya Liberal Demokratik Partiyasının (RLDP) sədri və Dövlət Dumasının deputatı Vladimir Jirinovskinin ölüm xəbərinin yaymasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, senator yalan məlumat yaydığına görə, vəzifəsindən istefa verməlidir.

Pronyuşkin vəzifəsini 2018-ci ildən bəri icra edir. O zaman 31 yaşı olan A.Pronyuşkin Rusiya Federasiya Şurasının ən gənc üzvü olub. O, bu gün teleqram kanalında Jirinovskinin ölüm xəbərini tirajlayıb. Daha sonra həmin məlumatı silib. Rusiyanın rəsmi qurumları senatorun yaydığı informasiyanı təkzib edərək, Jirinovskinin sağ olduğunu bildiriblər.

Gununsesi.info