Jirnoviskidən Qarabağla bağlı ilginc açıqlama

  • By admin
  • 29 İyun 2016 15:48

jirnoviski

 

Dağlıq Qarabağ probleminin əsas səbəbkarı kommunistlərdir.Onlar zamanında Dağlıq Qarabağı Vilayətini yaratmasaydılar, bu gün belə vəziyyət yaranmazdı… Gununsesi.info lenta-ru-ya istinadən xəbər verir ki, bu fikirləri LDPR lideri Vladimir Jirinovski partiyanın qrultayında çıxışı zamanı səsləndirib. Kommunistləri sərt tənqid atəşinə tutan Jirinovski deyib ki, əgər 1917-ci ildə bolşeviklər deyil LDPR hakimiyyətə gəlsəydi, o zaman Rusiya imperiyası 1991-ci ildə dağılmayacaqdı. “1917-ci ildə bolşeviklərin hakimiyyətə gəlməsi nəticəsində Rusiya param parça oldu. O zaman Ukrayna yox idi. Kiyev və Moqilevskiy quberniyası vardı. Heç Dağlıq Qarabağ da yox idi. Ermənistan da yox idi. Bütün bunların hamısının səbəbkarı bolşeviklərdir. Onlar yaratdı bunların hamısını. Və nəticədə ölkə dağıldı”, – deyə Jirinovski qeyd edib.

Jirnovski onu da əlavə edib ki, kommunistlər bu gün də hakimiyyətdədir: “Onlar hakimiyyətdən getməyib. Onlar hakimiyyətin bütün dərmə deşiklərində əyləşib. Hakimiyyətdəkilərin elə hamısı keçmiş kommunistlərdir”.