Jurnalist Nicat Məlikov 39 yaşında vəfat edib

  • By admin
  • 23 Yanvar 2018 22:59


Tanınmış jurnalist Nicat Məlikov 39 yaşında dünyasını dəyişib.

APA-nın xəbərinə görə, yaxınları bildirib ki, N. Məlikov dükana gedərkən qəfil özünü pis hiss edib və yerindəcə keçinib. Onun ürək tutmasından dünyasını dəyişdiyi ehtimal olunur.

Qeyd edək ki, N.Məlikov jurnalist fəaliyyətinə “Zerkalo” qəzetində müxbir kimi başlayıb. Sonradan həmin nəşrin siyasət şöbəsinin müdiri vəzifəsində çalışıb.

N.Məlikov “APA Holdinq”ə daxil olan “Vesti.Az” saytında müxbir kimi çalışıb.

“APA Holdinq”in kollektivi həmkarımız N.Məlikovun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir!

Allah rəhmət eləsin!

 

Gununsesi.info