Kəbəyə toxunmaq və öpmək qadağan edildi

  • By admin
  • 08 İyul 2020 10:34

Səudiyyə Ərəbistanı hökuməti koronavirus səbəbindən zəvvarlara Məkkə və Mədinə şəhərlərində yerləşən müqəddəs məkanlara toxunmağı qadağan edəcək.

Gununsesi.org bildirir ki, bu barədə “Aş-Şark al-Ausat” qəzeti Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinə istinadən xəbər verib.

“Kəbəyə toxunmaq və öpmək qadağandır”, – nazirliyin açıqlamasında qeyd olunub.

Bundan əlavə, Kəbə evi ətrafında maneələr qurulacaq, zəvvarların maska taxması məcburi olacaq.

Gununsesi.org