Fövqəladə Hallar Nazirliyində yeni təyinat olub.
Gununsesi.info “Unikal”a istinadla xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Əmrə əsasən, daxili xidmət polkovniki Abdullayev Natiq Zeynalabdin oğlu Neftayırma müəssisələri üzrə Yanğından mühafizə dəstəsinə rəis təyin olunub.












