Kəmiyyət tədqiqatları mövzusunda təlim keçirilib - FOTO

  • By admin
  • 13 Dekabr 2017 18:23

09-10 dekabr 2017-ci il tarixində Binəqədi Gənclər Evində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və fiziki şəxs Həcər Abbaslının təşkilatçılığı ilə həyata keçirilən “Gənc Tədqiqatçılar Məktəbi” layihəsi çərçivəsində ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün “Tədqiqat Metodları” mövzusunda təlimin növbəti üçüncü və dördüncü modulu təşkil edilib.

Gununsesi.info xəbər verir ki, təlimin yeddinci və səkkizinci modulu ekspert İsmayıl Kərimovun mühazirəsi ilə davam edib.

O, təlimin 3-cü modulunda tədqiqatda verilənlər bazasının təhlili, riyazi modelləşdirmə, tədqiqatlarda ölçü və ölçmə növləri, verilənlərin kodlanması, kompüterə daxil edilməsi, SPSS proqramından istifadə qaydaları, 4-cü modulda isə kəmiyyət araşdırmalarında statistik təhlillər-korrelasiya, regresiya, fərq testləri, faktor analizinin aparılması təlim iştirakçılarına çatdırılıb. Təlimin praktiki hissəsində iştirakçılar, yeddinci və səkkizinci moduldakı nəzəri bilikləri seçilən tədqiqat mövzularına tətbiq etdilər.

Gununsesi.info