Kərimli oturacaqları sökülən avtobuslarda monitorinq apardı - FOTOLAR

  • By admin
  • 28 Oktyabr 2016 11:56

kerim-1

Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli “Koroğlu” stansiyası yaxınlığındakı Nəqliyyatı Mübadilə Mərkəzində keçirilən monitorinqdə iştirak edib.

Gununsesi.info quruma istinadən xəbər verir ki, monitorinq çərçivəsində NMM-ə daxil olan marşrut xətti üzrə avtobuslara baxış keçirilən zaman sərnişindaşımada istifadə edilən avtobuslarda bir sıra çatışmazlıqların olduğu müəyyən edilib.

Çatışmazlıqlar əsasən avtobusların sanitar və gigiyenik vəziyyəti və texniki baxımdan nasaz olması ilə bağlıdır. Bununla yanaşı bir sıra avtobuslarda sükan arxasında oturan şəxsin sürücülük vəsiqəsi və digər zəruri sənədlər olmadan nəqliyyat vasitəsini idarə etməsi aşkar edilib.

Montorinq zamanı aşkrarlanan bütün çatızmalıqlar ayrı-ayrılıqda aktlaşdırılıb. Daşıyıcı şirkətlərin rəhbərlərinə xəbərdarlıq edilib ki, mövcud vəziyyət qısa vaxtda aradan qaldırılmayacağı təqdirdə onlara qarşı qanuna müvafiq ən sərt tədbirlər görüləcək.

kerim-2

kerim-3

 

Gununsesi.info