
Bu gün Türkiyədə Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı aparılan istintaq-əməliyyat tədbirləri çərçivəsində Sahil Təhlükəsizlik Komandanlığından 112, Jandarma Ümumi Komandanlığı isə 153 nəfər tutduqları vəzifədən uzaqlaşdırılıb.
Gununsesi.info Türkiyənin “BirGün” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyin məlumat yayıb.
Məlumata görə, Jandarma Ümumi Komandanlığıda FETÖ/PYD ilə əlaqəsi olan 42-si leytenant, 56-sı baş leytenant, 30-u çavuş, 17-si komandir, 8-i isə məmur olmaq üzrə ümumilikdə 153 nəfər işdən azad olunub.
Eyni zamanda, Sahil Təhlükəsizlik Komandanlığından FETÖ/PYD ilə əlaqəsi olan 52-si leytenant, 58-i baş leytenant, 1-i komandir, 1-i məmur olmaq üzrə ümumilikdə 112 nəfər işdən çıxarılıb.
Anar
Gununsesi.info











