Kərkük Vilayət Məclisi İraq parlamentinin qərarını rədd edib - FOTO

  • Müəllif: admin
  • 19 Sentyabr 2017 16:22

19

Kərkük valisi Nəcməddin Kərimin tutduğu vəzifədən azad edilməsilə bağlı İraq parlamentinin verdiyi qərarı Kərkük Vilayət Məclisi (KVM) rədd edib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Kərkük Vilayət Məclisi məlumat yayıb.

Belə ki, sentyabrın 14-də İraqın baş naziri Haydar əl-İbadi, İraq Kürdüstan Regional Hökumətinin sentyabrın 25-də keçiriləcək “müstəqillik referendumu” ilə əlaqədar etdiyi çağrışlar görə, Kərkük valisi N.Kərimin vəzifədən azad olunması üçün İraq parlamentində məsələ qaldırmışdı.

Qeyd edək ki, İraq parlamenti də Kərkük valisi N.Kerimin tutduğu vəzifədən azad olunması dair qərar vermişdi.

Anar

Gununsesi.info