Kabildə partlayış törədilib, ölənlər və yaralanan var

  • By admin
  • 18 Mart 2018 19:43

Əfqanıstanın paytaxtı Kabildə əldəqayırma partlayıcı qurğunun yol kənarında parladılması nəticəsində azı iki dinc sakin həlak olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “The Khaama Press” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə yerli vaxtla saat 07:00-da Paqman rayonunda baş verib. Daxili İşlər Nazirliyinin rəsmi nümayədəsi Nüsrət Rahimi bildirib ki, hadisə zamanı azı 1 nəfər xəsarət alıb.

Ölkə ərazisindəki terror qruplaşmalarından hələ heç biri partlayışa görə məsuliyyəti üzərinə götürməyib. Hücumun hədəfinin kim olduğu da hələ məlum deyil.

Agentliyin məlumatına görə, hüquq-mühafizə orqanları partlayışın törədilməsinə görə “Taliban” radikal hərəkatından şübhələnirlər.

Gununsesi.info