Kadırovdan maraqlı təklif: "Putin əbədi prezident olsun"

  • Müəllif: admin
  • 13 Aprel 2018 16:46

Çeçenistanın başçısı Ramzan Kadırov bəyan edib ki, Rusiyada prezident seçilmək üçün say məhdudiyyəti aradan qaldırılmalıdır, yəni bir neçə dəfə ölkə prezidenti seçilmək mümkün olmalıdır.

Gununsesi.info xəbər verir ki, Çeçenistan lideri bu fikirləri Rusiyanın yenidən seçilmiş prezidenti Vladimir Putinlə bağlı səsləndirib.

R.Kadırovun sözlərinə görə, əgər bu, xalqın maraqlarına xidmət edirsə, bunu etmək olar: “Əgər bu, xalqın maraqlarına xidmət edirsə, nədən qanuna dəyişikliklər edə bilmərik?”

Qeyd edək ki, martın 18-də Rusiyada keçirilən prezident seçkilərində Vladimir Putin yenidən Rusiyanın prezidenti seçilib.

Gununsesi.info