Kanada İraq və Suriya qaçqınlarına 28 milyon ayıracaq

  • Müəllif: admin
  • 18 Mart 2017 11:14

unnamed
“Kanada İŞİD-dən azad olunan bölgələrə geri dönmək istəyən İraq və Suriya vətəndaşlarına dəstək məqsədi ilə 28 milyon dollar məbləğində yardım ayıracaq”.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Kanadanın xarici işlər naziri Xristi Frilend mətbuata açıqlamasında belə deyib.

Xristi Frilend bildirib ki, ayrılacaq yardım tez bir zamanda əhalinin ehtiyaclarını qarşılamağa və vətəndaşların İŞİD-dən azad olunan bölgələrdəki evlərinə geri qayıtmalarına kömək edəcək: “Kanada, məhz, münaqişə zamanı təzyiqlərə məruz qalmış uşaqları, qadınları və kişiləri də dəstəkləməkdə qərarlıdır. Ölkəmiz Yaxın Şərq xalqını terrora qarşı mübarizədə ciddi şəkildə dəstəkləyəcək və İŞİD-in tamamilə məhv edilməsi istiqamətində koalisiya qüvvələrinə verdiyi dəstəyini davam etdirəcək” – deyə, o, bildirib.

Xristi Frilendin sözlərinə görə, ayrılacaq yardımlar Birləşmiş Millətlər Təşkilatının (BMT) yardım proqramı layihəsinə daxil edilməyəcək: “Yardımların paylanmasını həyata keçirəcək təşkilatların adları isə təhlükəsizlik səbəbiylə açıqlanmayacaq” – deyə, əlavə edib.

Anar
Gununsesi.info