Kanadada məscidə hücum oldu: Baş nazirdən reaksiya – VİDEO

  • By admin
  • 02 Fevral 2024 14:51

Kanadanın baş naziri Castin Trudeau bazar günü Mississauga ştatında məscidə edilən hücumla bağlı sosial media hesabından açıqlama verib.

Gununsesi.info xəbər verir ki, baş nazir sözügedən hücumun 29 yanvar 2017-ci ildə Kvebek Şəhər İslam Mədəniyyət Mərkəzi məscidinə edilən silahlı hücumun ildönümünə təsadüf etdiyinə diqqət çəkib. Trudeau bu hücumu “qorxaqcasına, narahatedici və qəbuledilməz” kimi qiymətləndirib.

Trudeau “Bu hücumu ən sərt şəkildə qınayıram. İslamofobiyanın cəmiyyətimizdə yeri yoxdur” deyib.

Digər tərəfdən, Mississauga polisi hücumla bağlı yeni təfərrüatları paylaşan bir açıqlama verib.

Açıqlamada bazar günü gecə məscidin pəncərələrinə daşların atıldığı xatırladılıb və hadisənin “nifrət cinayəti” kimi qiymətləndirildiyi qeyd edilib.

Açıqlamada hadisə zamanı xəsarət alan olmadığı, məscid rəsmiləri ilə yaxın təmasda olduqları və hadisəni törədənlərin tutulması üçün araşdırmalara başlanıldığı bildirilib.

Gununsesi.info