“Kanal 13″ün rəhbərinə cinayət işi açılır? - ƏZİZ ORUCOVU SUTKALIQDAN PROKURORLUĞA APARIBLAR

  • Müəllif: admin
  • 01 İyun 2017 14:40

eziz orucov

“Kanal13″ün rəhbəri Əziz Orucovu Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə aparıblar.

Gununsesi.info-nun xəbərinə görə, bu haqda “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı sosial şəbəkədəki səhifəsində yazıb:

“Kanal13″ün rəhbəri Əziz Orucov 30 sutkalıq inzibati cəza alaraq həbs edilmişdi və bu gün axşam saatlarında azadlığa buraxılmalı idi. Azadlığına 2 saat qalmış Əziz Orucovu Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə aparıblar. Hazırda buradayam və yoldaşı Lamiyə xanımın verdiyi məlumata görə, ona qarşı cinayət işi qaldırıblar. Başqa məlumat verilmir və hansı maddələrlə cinayət işi açılıb, o da məlum deyil…”.

Gülnaz Qənbərli

Gununsesi.info