Kanalizasiya xətti partladı, “Azəravtoyol”un çəkdiyi yol çökdü - FOTOLAR

  • Müəllif: admin
  • 04 Oktyabr 2017 11:32

d267186b-2697-432d-abef-2b88c1b17f4c_292

Bakı şəhəri, Nizami rayonunun Qara Qarayev prospekti, Mehdi Abbasov küçəsində yolun bir hissəsi çöküb.

Gununsesi.info xəbər verir ki, “report”un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yolun çökməsinə səbəb yerin altından keçən kanalizasiya xəttinin partlaması olub.

Səhər saatlarında baş verən çökmə prosesi hələ də davam edir.

Ərazidə nəqliyyatın gediş-gəlişi tamamilə məhdudlaşdırılıb.

Hazırda Azərsu ASC-nin əməkdaşları hadisə yerindədir.

Qeyd edək ki, çökən yol “Azəravtoyol” ASC tərəfindən çəkilib.

Gununsesi.info