“Kapitalbank”ın miles kart oyunu - Şikayət

  • By admin
  • 16 Mart 2022 14:41

Azərbaycanda bankların müxtəlif piarçılığa söykənən kampaniyalarına inanan vətəndaşların sonradan narazı qalması hallarına tez-tez rast gəlinir.

Belə şəxslərdən biri də redaksiyamıza müraciət edən Günay Hacıyevadır.

“Kapitalbank”ın “miles kart al” kampaniyasına inandığını deyən Günay Hacıyeva bildirir ki, 100 manat ödəniş edərək, bankın Yasamaldakı İnşaatçılar Filialından həmin kartı alıb:

“Həmin kartı almaqda məqsədim isə elan olunan təyyarə bileti üçün millərin və digər bonusların toplanmasıdır. Buna görə də ailə üzvlərim, dostlarım mənim kartıma müxtəlif məbləğlərdə pullar yükləyib. Həmin pullarını da mənim kartımdan istifadə edərək, xərcləyiblər. Bu kartla kifayyət qədər əməliyyatlar həyata keçirmişəm. Şəxsi debit kart hesab olunduğundan onun üzərində vergi orqanlarının hər hansı bir sərəncam hüququ yoxdur. Mənə bu günlərdə məlum olub ki, bank kartımı bloklayıb. Hər hansı bir əməliyyat edə bilmirəm. Vətəndaşın şəxsi kartının bloklanması, oradakı vəsaitin başqa yerə təyinatı üçün müvafiq məhkəmə qərarı olmalıdır. Bankın daim müştərisi olmuşam. Götürdüyüm kreditləri də zamanında ödəmişəm. A kateqoriyalı müştərilər siyahısındayam. İntensiv mədaxillər olur, bu şübhə yaradır ki, hansısa biznes fəaliyyəti ilə məşğulsan. Yersiz bir iddiadır. Bu “savadlılar” dərk eləmir ki, hesaba hansısa gəlir ödənişi olmazdan əvvəl elektron qaimələr vurulmalıdır. Mənim ailə üzvlərim – atam, qardaşım və bacım kartıma köçürmə edir. Mən də həmin vəsaitlərdən onların öz problemləri üçün istifadə edirəm. Yəni ki, hansısa biznes faəliyyəti deyil. Bu bloklanma qanunsuz olmaqla yanaşı həm də müştəri olaraq mənə ciddi problemlər yaradıb. Ona görə də bankın bu qanunsuz əməlini aradan qaldırmalıdır.
Filialın rəhbəri Səbuhi Əliyev məni dinləsə də verməyə bir əsaslı cavabı olmadı. Bu kartı ona görə mənə 100 manata satıblar ki, oradan əməliyyatlar edib, bonuslar qazanıb. Belə olan halda hansı əsasla kartımı bloklayırlar”.

Vətəndaşın bu müraciəti ilə bağlı adıçəkilən bankın da mövqeyini işıqlandırmağa hazırıq.

Gununsesi.info