Karantin qaydaları yumşaldıqdan sonra insanlar çimərliyə axın etdilər

  • By admin
  • 26 İyun 2020 15:22

Ingiltərədə koronavirus pandemiyası səbəbi ilə edilən qağaların yumşaldılmasının ardından insanlar öz istirahət və əyləncəsinə davam edir.  

Gununsesi.org xarici KİV-ə istinadən xəbər verir ki, qərarların yumşaldılmasının ardından Brighton, Hove və Bournemouth çimərliklərinə axın ediblər. 33 dərəcə temperaturda çimərliklərdə sosial məsafəni qorumayan vətəndaşlar istirahətin dadını çıxararkən, İngiltərə Səhiyyə Naziri Matt Hancock sərt açıqlama verib:

“Biz tədbir almaq məcburiyyətindəyik deyirik, yüzlərlə insan öz bildiyini edir. Şərtlərə əməl edilməsə çimərlikləri təkrar bağlamalı olacağıq” – deyə nazir xəbərdarlıq edib.

Gununsesi.org