Kartof dolu yük maşını aşdı

  • By admin
  • 10 İyun 2016 12:01

 

kar1kar2

Bakının Nəsimi rayonunda yol qəzası baş verib. Gununsesi.info-nun xəbərinə görə, hadisə Ziya Bünyadov prospektində baş verib. 20 yaşlı Samir İsgəndərov yük maşını ilə prospektlə hərəkətdə olan zaman idarə etməni itirib. Nəticədə kartofla dolu yük maşını əvvəlcə işıq dirəyinə çırpılıb daha sonra isə aşıb. Aşan maşının sükanı arxasında olan Samir İsgəndərov xoşbəxtlikdən xəsarət almayıb. Hadisə yerinə yol polis əməkdaşları gəliblər. Avomobildə olan yük digər yük maşınına boşaldılıb. Sürücünün ifadəsi alınıb. Qəzanın  baş vermə səbəbini müəyyən etmək üçün avtotexniki ekspertiza təyin edilib. Faktla əlaqədar araşdırmalar aparılır.