Banklar gücləndirilimiş iş rejiminə keçir. Bu barədə məlumat Gununsesi.info-ya Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) mətbuat xidmətindən daxil olub. Məlumatda bildirilir ki, MBNP-nin tövsiyəsi ilə “2016 Formula 1 Avropa Qran Prisi” ilə əlaqədar olaraq Bakının mərkəzində yerləşən bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq. Yarışlar zamanı paytaxtımıza əhəmiyyətli turist axınının olacağını nəzərə alaraq onların valyuta mübadiləsi xidmətlərinə rahat çıxış imkanının təmin edilməsinin zəruri olduğu qeyd olundu. R.Aslanlı şəhərin mərkəzi hissəsində, xüsusilə trek boyu ərazilərdə və istirahət məkanlarında valyuta dəyişmə xidmətlərinin qeyri-iş günlərində və daha uzun saatlar üzrə təşkil edilməli olduğunu bildirdi. Sədr müvafiq istiqamətdə banklar ilə fəaliyyətin əlaqələndirilməsi, monitorinqlərin təşkili və çevik müdaxilə tədbirləri barədə konkret tapşırıqlar verdi. Azərbaycanda ilk dəfə keçiriləcək dünyaca məhşur “Formula 1” yarışlarını izləmək üçün Bakıya gələcək minlərlə əcnəbi qonaqların və şəhərimizin sakinlərinin bank, xüsusən də valyuta mübadiləsi xidmətlərinə rahat çıxışını təmin etmək məqsədilə Bakı Şəhər Halqası ətrafında və istirahət məkanlarının yaxınlığında yerləşən 34 bankın 90 filial və şöbəsi 10-21 iyun tarixlərində səhər saat 9:00-dan axşam 21:00-dək fəaliyyət göstərəcək. Bundan əlavə qeyd edək ki, “Bank Respublika”-nın Neftçilər pr, 67 ünvanında yerləşən “Ofis 24” filialı və “DəmirBank”-ın Nizami küçəsi 111-də yerləşən “Mərkəz” filialı xarici turistlərin və ölkə vətəndaşlarının istifadəsi üçün şənbə və bazar günləri daxil olmaqla həftə boyu 24 saat fəaliyyət göstərir. Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası ölkədə maliyyə sektorunun dayanıqlılığını təmin etmək və bu sahədə nəzarət mexanizmlərini təkmilləşdirmək məqsədi iləAzərbaycan Respublikasının Prezidentinin 03 fevral 2016-cı il tarixli Fərmanı ilə yaradılmışdır.
Bankların iş rejimi gücləndirilir
- By admin
- 10 İyun 2016 12:00
DİGƏR XƏBƏRLƏR
-
26 Aprel 2024 16:18
Azərbaycanda banklara qoyulan depozitlər azalıb
-
25 Aprel 2024 22:45
Rifat Sultanzadə: Azərbaycanın özəl şirkətləri Türkmənistana investisiya qoymağa hazırdır
-
25 Aprel 2024 09:20
Azərbaycan neftinin qiymətində artım
-
24 Aprel 2024 20:30
“Bakcell”in süni intellekt dəstəkli robotu insanları Bulvara çağırır
-
24 Aprel 2024 18:57
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qanunlarda nə yazıldığından xəbəri yoxdur
-
24 Aprel 2024 12:13
Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb
-
23 Aprel 2024 19:01
Bu taksi fəaliyyətini dayandırıb
-
23 Aprel 2024 16:35
“Neft-qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərin həlli üçün istifadə edilib”
-
23 Aprel 2024 16:19
Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitin xərcləndiyi istiqamətlər açıqlandı
-
23 Aprel 2024 16:09
Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur
-
23 Aprel 2024 16:07
Dövlət büdcəsinin gəlirləri proqnozdan 700 milyon çoxdur
-
23 Aprel 2024 15:51
Qeyri neft-qaz sektoru üzrə gəlirlər proqnozdan çox olub