Keçən il Naxçıvana 380 min turist gəlib

  • By admin
  • 10 Yanvar 2018 08:10

2017-ci ildə Naxçıvan Muxtar Respublikasına səfər edən turistlərin sayı açıqlanıb.

Gununsesi.info xəbər verir ki, Naxçıvanın Mədəniyyət və Turizm Nazirliyində 2017-ci ildə görülən işlər və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclasında bildirilib ki, ötən il muxtar respublikaya 380 mindən çox turist gəlib.

Qeyd olunub ki, hesabat dövründə kitabxanalarda keçirilən mədəni-kütləvi tədbirlərin sayı 552, sərgilərin sayı 411 olub. Bu mədəniyyət müəssisələrinə 301 adda 13 224 nüsxə çap məhsulu verilib.

Gununsesi.info