Keçmiş əri iki körpəsini oğurladı

  • By admin
  • 13 Sentyabr 2019 17:06

Sankt-Peterburqda 27 yaşlı yerli sakin 2015 və 2017-ci il təvəllüdlü qızlarının axtarılmasını xahiş edib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, qadın oğurluğun keçmiş əri tərəfindən həyata keçirildiyini deyir.

Peterburqdan olan qadın polisə sentyabrın 12-də müraciət edib. Onun dediyinə görə, keçmiş həyat yoldaşı 27 yaşlı Azərbaycan vətəndaşı uşaqları qaçıraraq gizlənib.

Cütlüyün 2019-cu ilin əvvəlində rəsmi olaraq boşandıqları aydınlaşdırılıb. Məhkəmə atanın hər ayın ilk və üçüncü bazar günləri uşaqlarla görüşə biləcəyinə qərar verib. Ata isə bu qaydanı pozaraq qızları oğurlamaq qərarına gəlib. Onların harada olması hələ də müəyyənləşdirilməyib.

Gununsesi.org