
Tanınmış jurnalist Esmira İsmayılova Lənkəran Dövlət Universitetinin (LDU) mətbuat xidmətinin rəhbəri təyin olunub.
Gununsesi.info xəbər verir ki, universitetin rektoru vəzifəsini icra edən riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimovun imzaladığı əmrə əsasən, İctimaiyyətlə əlaqələr və mətbuat məsələlərinə bundan sonra tanınmış jurnalist Esmira İsmayılova rəhbərlik edəcək.
Qeyd edək ki, LDU-nun mətbuat xidmətinin yeni rəhbəri bundan əvvəl lisenziyası ləğv olunmuş ANS TV-nin və “İstipress.com” saytının cənub bürosunun müxbiri kimi çalışıb.
Gununsesi.info












