Məktəbəqədər təhsil müəssisələrinə ali pedaqoji təhsilli kadrlar rəhbər təyin olunmalıdır - İSA HƏBİBBƏYLİ

  • Müəllif: admin
  • 06 Aprel 2017 11:20
usaq bagcasi
“Məktəbəqədər  təhsil müəssisələrinə ali pedaqoji təhsilli kadrlar rəhbər təyin olunmalıdır. Əgər  məktəbəqədər təhsil müəssisələrinə ancaq məktəbəqədər təhsil ixtisasını bitirmiş kadrların təyini icbari olarsa, bu, gələcəkdə ciddi kadr çatışmazlığı yaradacaq”.
Gununsesi.info xəbər  verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibəyli komitənin iclasında “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, ölkə ərazisində məktəbəqədər təhsil müəssisələrinin yaradılması ilə bağlı dövlət proqramları həyata keçirilir və yaxın gələcəkdə demək olar ki, respublikanın əksər ərazisində məktəbəqədər təhsil müəssisələri fəaliyyət göstərəcək.
“Bu zaman isə kadr problemi ortaya çıxa bilər. Ona görə də kadr problemi yaşanmasın deyə, məktəbəqədər təhsil müəssisələrinə  təkcə məktəbəqədər təhsil ixtisasi alan şəxslərin deyil, ümumiyyətlə, ali pedaqoji təhsilli kadrların təyin olunmasının qanun layihəsində əksini tapmasını təklif edirik. Hesab edirik ki, bu, işin ancaq xeyrinə ola bilər”- deyə, o, vurğualyıb.
Komitə sədri deyib ki, sənəddə ictimaiyyətin fikirləri nəzərə alınaraq, 7.6 maddəsi yenidən bərpa edilib:
  “Bu maddədə  təhsildə didaktik prinsiplərin tətbiqi özünün əksini tapıb. Yəni, burada təhsilin nəticəyönümlülüyü, şəxsiyyətyönümlülüyü, uşaqyönümlülüyü, inkiaşfyönümlülüyü, milliliyi, dünyəviliy, varisliyi və sair  nəzərdə tutulur”.
isa
Komitə sədri eyni zamanda əlavə edib ki, qanun alyihəsində 5 yaşa qoyulan məhdudiyyət  məsləsi aradan qaldırılıb:
“Çünki referendumda edilən dəyişikliyə əsasən 18 yaşlı şəxs istənilən vəzifəyə  seçilə və ya təyin oluna bilər. Ona görə  5 yaş məhdudiyyəti də aradan qaldırılıb. Bu, Konstitusiyanın tələbidir”.
 İ. Həbibbəyli onu da deyib ki, ölkədə  digər dillərdə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələri fəaliyyət göstərə bilər:
“Yəni, ana dilinin prioritetliyini saxlamaqla yanaşı, məktəbəqədər təhsil müəssisələrində başqa dildə fəaliyyət göstərən qruplar və ya  ayrıca digər dillərdə bağçalar da fəaliyyət göstərə bilər. Bizdə əsasən rus, ingilis, frnasız və alman dilində bağçalar  fəaliyyət göstərə bilər və bunda da  hər hansı problem ola bilməz”.
usaq
Komitə sədri həmçinin deyib ki, məktəbəqədər təhsil müəssisələrinin  hər beş ildən bir akkreditasiyadan və işçilərin attestasiyadan keçirilməsi nəzərdə tutulur.
Mürtəza 
Gununsesi.info