Kimya zavodunda sızma – 40 nəfər xəsarət alıb

  • By admin
  • 17 İyun 2017 22:51

1497712151-8459

 

İtaliyanın şimal-qərbində yerləşən kimya zavodunda baş verən sızma nəticəsində təxminən 40 nəfər xəsarət alıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “la Repubblica” qəzeti məlumat yayıb.

Lombardiyada yerləşən zavod əczaçılıq sənayesi üçün üzvi həlledicilər və materiallar istehsal edir.

Sızma şənbə gününə keçən gecə baş verib. Bütün xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin yaxşı olduğu bildirilib.

 

Gununsesi.info