Bu gün IV İslam Həmrəyliyi Oyunlarında kişi cüdoçularımız komanda yarışlarının yarımfinalında tatami üzərinə çıxıb.
Gununsesi.info-nun məlumatına görə, bu dəfə komandamızın rəqibi Özbəkistan komandası olub.
Azərbaycan komandası görüşdə 4:1 hesabı ilə qələbə qazanaraq finala çıxıb.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
Gununsesi.info