Hər kəsə inad model oldu - FOTOLAR

  • Müəllif: admin
  • 15 May 2017 13:05

mariana3

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Braziliyada yaşayan 24 yaşlı Mariana Mendes üzündəki doğum izinə rəğmən model olmağa qərar verib. Gənc qız insanların ona “çirkin”, “qəribə” və s. kimi sözlər deməsinə qarşılıq olaraq bu addımı atıb.

Artıq model olaraq çalışan Mariana 5 yaşında lazer vasitəsilə müalicə almasına baxmayaraq, üzündəki ləkədən xilas ola bilməyib. Ətradındakı insanların onun üzündəki qara ləkəni müzakirə etmələrinə ciddi yanaşmayan gənc qız fərqli görünüşündən məmnun olduğunu bildirib.

Mariana bəzi insanların onun üzündəki doğum izlərini döymə zənn etdiklərini də qeyd edib.

mariana

 

mariana1

 

mariana2

 

mariana4

 

Gununsesi.info