
Azərbaycan prezidenti İlham Əliyev Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Gununsesi.info-nun məlumatına görə, aşağıdakı şəxslər Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvləri təyin edilib:
|
Dövlət orqanlarından: |
||
| Quliyev Cəmaləddin Həsən oğlu | – | Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri |
| Həsənov Rasim Aydın oğlu | – |
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin mətbu nəşrlər üzrə qrupunun rəhbəri |
| Hümbətov İntiqam Rəsul oğlu | – |
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri |
|
Kütləvi informasiya vasitələrindən: |
||
| Həsənov Həsən Zal oğlu | – |
“Xalq qəzeti”nin baş redaktoru |
| Hüseynov İlqar Məmməd oğlu | – |
“Trend” İnformasiya Agentliyinin baş direktoru |
| Quliyev Bəhruz Vaqif oğlu | – |
“Səs” qəzetinin baş redaktoru |
|
Jurnalist təşkilatlarından: |
||
| Əskərov Ramiz Baxşəli oğlu | –
|
Azərbaycan Jurnalistlər Birliyinin baş katibi |
| Mirzəyev Ayaz Nizami oğlu | –
|
“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri |
| Rüstəmov Əvəz Cahangir oğlu | –
|
“Ruh” Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin sədri. |
Gununsesi.info











