Kiyevlə daim əlaqədəyəm - AZƏRBAYCANIN UKRAYNADAKI SƏFİRİ

  • By admin
  • 09 May 2023 12:51

“Mən Bakıda olsam da tez-tez Kiyevə səfər edirəm. Səfirliklə hər gün əlaqədəyəm”.

Bunu Gununsesi.info-ya açıqlamasında Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova hələ də Bakıda olmasına görə barəsində səsləndirilən tənqidlərə münasibətində deyib.

Səfir bildirib ki, bütün ölkələrin Kiyevdəki diplomatik nümayəndəlikləri məhdud əməkdaşla çalışır: “Əsas odur ki, işimizdə hansısa problem yoxdur. Mən dediyim kimi, bir neçə dəfə Ukraynaya gedib-gəlmişəm”.

 

Elmar

Gununsesi.info