Klinton: “Tramp ABŞ-ı müflis edəcək”

  • By admin
  • 22 İyun 2016 13:33

Klinton - Trump

 

Sabiq dövlət katibi Hilari Klinton bəyan edib ki, rəqibi Donald Tramp prezident seçiləcəyi təqdirdə ABŞ-ı müflis edəcək.

Gununsesi.info xarici mətbuata istinadənən xəbər verir ki, sabiq dövlət katibi tərəfdaşları qarşısında çıxış edərək bildirib ki, biz ona ABŞ-ı müflis etməyə imkan imkan yarada bilmərik.

Klinton həmçinin Trampın Uoll-Stritdə əlaqələrinin olmasını bildirərək, onun ABŞ vergi ödəyicilərinin hesabına maliyyə elitasının maraqlarını qorumaqda ittiham edib: “O, milyarderlərə 3 trilyon həcmində vergi güzəşti tətbiq etməkdədir. O, 120 min varlı ABŞ əhalisinə 120 milyondan sadə amerikalıdan çox güzəşt tətbiq etmək niyyətindir”  deyə Klinton Ohayo ştatında tərəfdarları qarşısında çıxış edərkən bildirib.