Klintonla Trampın taleyi həll olunacaq - Wikileaks sənəd yaymağa hazırlaşır

  • Müəllif: admin
  • 04 Oktyabr 2016 13:45

klinton ve tramp

Wikileaks noyabrın 8-dək ABŞ-da keçiriləcək prezident seçkiləri ilə bağlı mühüm məlumat dərc edəcək.
Gununsesi.info xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Wikileaks saytının yaradıcısı Culian Assanj təşkilatın 10 illiyi ilə bağlı Berlində təşkil edilən mətbuat konfransına onlayn qoşulmaqla məlumat verib.
Onun sözlərinə görə, sözügedən məlumat prezident seçkiləri mübarizəsinə mühüm təsir göstərəcək.

Gununsesi.info