Kolumbiyada da terrakt törədildi: Azı 3 nəfər ölüb, 11 nəfər yaralanıb - YENİLƏNİB

  • Müəllif: admin
  • 18 İyun 2017 08:01

boqota

Kolumbiyanın paytaxtı Boqotada ticarət mərkəzində güclü partlayış törədilib.

Gununsesi.info “RİA Novosti”yə istinadən  xəbər verir ki, Boqota meri Enrike Penyalosa partlayışın terror aktı olduğunu bildirib.

***

Terrakt nəticəsində ölənlərin sayı 3 nəfərə, yaralananların sayı isə  11 nəfərə çatıb.

Hadisə şahidlərinin sözlərinə görə, partlayış  “Centro Andino” ticarət mərkəzinin ikinci mərtəbəsindəki tualetdə baş verib.

Hadisə yerinə təcili yardım maşınları və polislər cəlb edilib.

Gununsesi.info