
Kolumbiyanın Putumayo departamentində baş vermiş sel daşqınları nəticəsində 102 həddi-büluğa çatmamış uşaq ölüb.
Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, bu barədə yayılan rəsmi məlumatda deyilir. Ümumilikdə təbii fəlakət nəticəsində 314 nəfər həyatını itirib, 332 nəfər xəsarət alıb.
Məlumata görə, 127 nəfər itkin düşüb, onların arasında 3 əcnəbi – İspaniya, Almaniya və Ekvador vətəndaşları da var.
Təbii fəlakətlə əlaqədar prezident Xuan Manuel Santos ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib. Xatırladaq ki, aprelin 1-ə keçən gecə baş verən faciəyə səbəb leysanlar nəticəsində Mokoa çayının məcrasından çıxması olub.
Gununsesi.info












