Komitə sədri: “Təcrübələri olduğu kimi qəbul etməmişik”

  • Müəllif: admin
  • 06 Aprel 2017 10:50
isa
“Məktəbəqədər təhsil haqqında” qanun layihəsi hazırlanarkən dünya təcrübəsi öyrənilib və bu təcrübə Azərbaycan reallığına, maraqlarına və ölkənin təhsil sahəsindəki strategiyasına uyğun hesablanıb”.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin (MM)  Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin aprelin 6-da keçirilən iclasında  adıçəkilən qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, qanun  layihəsi hazırlanarkən Qərb, MDB və Asiya ölkələrinin təcrübələri öyrənilib.
“Ancaq biz həmən təcrübələri olduğu kimi, qəbul etməmişik, biz bu təcrübələrə yaradıcılıqla yanaşaraq, sənədi öz ölkəmizin milli maraqlarına və reallaqılarına uyğun şəkildə  hazırlamışıq”-deyə, o, sözlərinə əlavə edib.
Mürtəza 
Gununsesi.info