Komitə sədri vətəndaşlarla görüşəcək - Göygöldə

  • By admin
  • 23 İyun 2016 12:38

mubariz_qurbanoglu

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşları qəbulu davam edir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyunun 29-da Göygöl rayonunda Gəncə, Naftalan şəhərlərinin, eləcə də Samux, Göygöl, Goranboy və Kəlbəcər rayonlarının sakinlərini qəbul edəcək. Qəbul Göygöl şəhəri Heydər Əliyev Mərkəzində saat 10:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

DQİDK-nın bölgə şöbə müdiri: Asif Əliyev
Mob: (055) 851-89-87
Telefon: (022) 256 91 14
e-mail:info@scwra.gov.az
www.scwra.gov.az