Konstitusiya Məhkəməsinin kollektivi Cocuq Mərcanlıda olub

  • Müəllif: admin
  • 24 Noyabr 2017 19:12


Konstitusiya Məhkəməsinin kollektivi Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı qəsəbəsinə səfər edib.

APA-nın məlumatına görə, qonaqlar Füzuli və Cəbrayıl rayonlarının rəhbərliyi ilə birgə Horadiz şəhərində Heydər Əliyevin abidəsini və “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət ediblər.

Sonra Novruz Aslanov adına Cocuq Mərcanlı tam orta məktəbinin kollektivi və sakinlərlə görüş keçirilib.

Məhkəmənin hakimi Ceyhun Qaracayev işğaldan azad olunmuş torpaqlara gəldikləri üçün böyük qürur hissi keçirdiyini qeyd edərək, burada yaşamağın, işləməyin böyük fədakarlıq, vətənpərvərlik nümunəsi olduğunu bildirib.

Konstitusiya Məhkəməsi sədrinin məktəbin kollektivinə ünvanlanmış məktubu oxunub, sözügedən təhsil ocağına Konstitusiya Məhkəməsi kollektivi adından hədiyyələr təqdim olunub.

Qonaqlar Cocuq Mərcanlıda tikilən Şuşa məscidinin bənzəri olan məscidə də gediblər, şəhidlərin ruhuna dua oxuyublar.

Konstitusiya Məhkəməsinin kollektivi qəsəbədə aparılan quruculuq işləri ilə də tanış olub.

Gununsesi.info