Konstitutsiyaya dəyişikliklər sırasında mübahisəli məqamlar da var - Əliməmməd Nuriyev

  • By admin
  • 19 İyul 2016 17:24

elimemmed

 

Ölkədə həyatat keçirilən iqtisadi islahatlar o zaman səmərə verir ki, siyasi islahatlar onu tamamalyır. Bunu Gununsesi.info-ya açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Konstitusiyaya nəzərdə tutulan dəyişikliklərlə bağlı mövqeyini açıqlayarkən deyib. Onun sözlərinə görə, ölkədə həyata keçirilən islahatlar Konstitutsiyaya dəyişikliyi zəruri edən amillərdədndir: “Bu gün ölkədə iqtisadi islahatların aparılması paralel olaraq siyasi islahatların aparılmasını zəruri edir. Çünki iqtisadi islahatlar o zaman səmərə verir ki, onu siyasi islahatlar tamamlasın. Bu islahatlar nəticəsində etibarlı idarəetmə institutlarının yaradılmasına ehtiyac var. Konstitutsiyaya dəyişikliyi zəruri edən ikinci amil dünyada hökm sürən qlobal iqtisadi, maliyyə və siyasi böhranlardır. Bu gün dünyada iqtisadi-maliyyə böhranı ilə yanaşı münaqişələr dərinləşir, müharibələrin coğrafiyası genişlənir, sülhə və sabitliyə ciddi təhlükə yaranıb. Bu amillər də dövlətin daha etibarlı fornada idarə edilməsinə və qanunvericilik bazasının daha da təkmilləşməsinə ehtiyac var. Ona görə ki, Azərbaycan mürəkkəb bölgədə yerləşir və bu məqam nəzərə alınmalıdır. Və dəyişikliklər də bu məqamlar nəzərə alınıb”.

Ə.Nuriyevin əlavə edib ki, Konstitutsiya ediləcək təkliflər sırasında siyasi sistemlərdə müvafiq dəyişikliklərin, insan hüquq və azadlqlarının təmin olunması məsələsi də öz əksini tapıb. “Təklif olunan dəyişiklik və əlavələr insan hüquq və azadlıqlarını daha etibarlı şəkildə qorunmasını təmin edir”-deyə, o vurğulayıb.

Ə. Nuriyev deyib ki, təkliflər sırasında siyasi sistem dəyişikliyi ilə bağlı olan məslələrdir. “Bu isə ondan ibarətdir ki, indiyə kimi Azərbaycanda parlamentin buraxlma mexanizmi yox idi. Amma tövsiyyə olunan təkliflərdə parlamentin buraxılma mexanizmi konkret hansı hallarda olması mexanizmi göstərilib. Bununla da qanunvericilikdəki bo.luq aradan qaldrılır”-deyə Ə.Nuriyev vurğulayıb.

Nuriyev deyib ki, tövsiyyə olunan təkliflər eyni zamanda hakimiyyət budaqları arasında tarazlıq yaratmasna xidmət edir: “Hesab edirəm ki, Azərbaycanda vitse-prezident institutunun yaradılması daha effektli idarəetməni təmin etməyə xidmət edir. Belə demək mümkünsə vitse-prezidentlik institutnun yaradlması eyni zamanda Azərbaycanda prezidentlik institutunun dizaynını tamamlamağa xidmət edir”.

Prezident və deputat seçkiləri ilə bağlı məsələyə gəldikdə Ə.Nuriyev deyib ki, yaş senzi aradan qaldırılsa da, bununla bağlı seşçki qanunvericiliyində mütləq formada müəyyən ya. senzi müəyyənləşdiriləcək:“Bu mütləq olacaq. Ali vəzifəyə seçiləcək şəxs üçün təcrübə mütləq lazımdır. Amma hansı yaş həddi seçiləcək bu müzakirlərin yekunu olaraq qəbul ediləcək. Çünki 18 yaşında olan şəxs prezidentliyə iddialı ola bilməz. Milyonlarla insanın taleyinə məsuliyyət daşıyan şəxsin müəyyən təcrübəsi olmalıdır. Eyni zamanda deputat seçiləcək şəxsin də yaş senzi 18 deyil, daya yuxarı olmalıdır”.

Bütün bunlarla belə Ə.Nuriyev deyib ki, təqdim edilən dəyişikliklər arasında müzakirə ediləcək və mübahisə doğuracaq məsələlər də az deyil: “Məsələn təklif olunan dəyişiklilər sırasında əqli və fiziki qüsurlu şəxslər termini istifadə edilib ki, bu da yol verilməzdir. Bu birbaşa diskriminasiya yaradan məsələdir. Ona görə də, bu terminlərdən imtina edilib, beynəlxalq konvensiyalarda nəzərdə tutulan terminlərdən istifadə olunmalıdır. Hansı ki, Azərbaycan həmən konvensiyalara qoşulub. Güman edirəm ki, konstitutsiya məhkəməsi bu məsələlərə baxan zaman bu terminləri dəyişəcək”.

Ə.Nuriyev onu da əlavə edib ki, bütün bu dəyişikliklər ölkədə effektiv idarəetməni təşkil etməklə yanaşı sabitliyin və sülhün qorunmasına xidmət edir.

 

Mürtəza Bunyadlı